Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayevin yeni klubu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu I Liqa klubu “Qaradağ Lökbatan”la anlaşıb. Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat paylaşıb.
Abdullayev ötən mövsümü “Zirə”də keçirib. O, karyerası ərzində “Neftçi”, “Everton”, “Qarabağ” və “Qəbələ” kimi klublarda çıxış edib.