28 Noyabr 2024
Dünya futbolu

Ronaldo Şesni ilə zarafat etdi, “Yuventus”a sataşdı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo keçmiş klubu “Yuventus”a sataşıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu Portuqaliya yığmasının heyətində Millətlər Liqasının 3-cü turunun matçında Polşaya qalib gəlib (3:1). Oyundan sonra Ronaldo “Yuventus”u tərk edib yayda təqaüdə çıxmasına baxmayaraq, bir müddət əvvəl “Barselona”ya qoşulan Voyçex Şesniyə söz atıb.

Ronaldo koridorda üz-üzə gəldiyi polşalıya “Böyük kluba düşmək üçün təqaüdə çıxmaq lazım idi” deyərək, zarafat edib.

Portuqaliyalının “Yuventus”u böyük klub kimi görmədiyi birmənalı qarşılanmayıb. O, sosial şəbəkələrdə italiyalı azarkeşlərin təpkisinə məruz qalıb. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43