İtaliyanın “Cenoa” klubu Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli ilə anlaşmağa yaxındı.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi 64 yaşlı mütəxəssisi komandanın başına gətirmək niyyətindədi. O, “Cenoa”da Alberto Cilardinyonu əvəz edə bilər. Komanda bu həftəsonu “Bolonya”ya məğlub olarsa, Cilardinyo ilə yollar ayrılacaq.
Bu posta da ən real namizəd məhz Sampaolidi.