19 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan kubokunun finalı bu iki şəhərdən birində keçiriləcək – PFL seçim edir

Azərbaycan kubokunun 2024/2025 mövsümünün finalı Bakıda keçirilməyəcək.

İdmanxeber.az-ın əldə etdiyi mlumata görə, Peşəkar Futbol Liqası (PFL) kubok finalını keçirmək üçün iki fərqli şəhərdəki stadionu nəzərdən keçirir. Bunlardan biri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, digəri isə Qəbələ şəhər stadionudu. PFL rəhbərliyi həlledici qarşılaşmanı məhz bu iki şəhərdə birində keçirilməsinə çalışır.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı 2025-ci ilin 1 iyununda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43