18 Oktyabr 2024
Ölkə futbolu

Kerem Aktürkoğlu Madrid klubuna keçə bilər

Türkiyə millisinin üzvü Kerem Aktürkoğlu “Atletiko”nun maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi oyunçu üçün qarşı tərəflə danışıqlara başlamaq niyyətindədir. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Keremin çıxışını çox bəyənir.

Bu səbəbdən də rəhbərlik qışda Portuqaliya klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, “Benfika” Kerem Aktürkoğlunu bu ilin sentyabr ayında “Qalatasaray”dan transfer edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43