18 Oktyabr 2024
Ölkə futbolu

“Yığmanın futbolçularında xarakter yoxdur” – millimizin sabiq üzvü

“Millimiz 4 oyunda sıfır xal toplayıb. Bu nəticə hamımız üçün üzücüdür. Amma burada baş məşqçinin heç bir günahı yoxdur. Kimi gətirsən nəticə dəyişən deyil”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Kənan Kərimov yığma komandalarımızın durumu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Ciddi islahatlar laızmdır. Uşaq futbolunda daha diqqət artmalıdır Yalnız əsas milli deyil, digər yığmalarımız da bərbad çıxış edirlər. Ümid edək ki, tez bir zamanda düzələcək.

Bizim dövrümüzdə futbolçuların xarakteri var idi. İndiki yığmanın futbolçularında xarakter yoxdur. Məğlubiyyətlə barışırlar. Xarakter komandanı toparlanmaq, psixoloji olaraq hazırlamaq üçün çox önəmlidir. Bu heyətə tarixin ən yaxşısı deyirdilər. Ancaq nəticələr göz qabağındadır”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43