18 Oktyabr 2024
Dünya futbolu

“Barselona” “Real”a rəqib oldu

“Barselona” “Bavariya”nın müdafiəçisi Alfonso Devisin xidmətində maraqlıdır.

İdmanxeber.az-ın məlumatıına görə, klubu ilə müqaviləsi gələn yay başa çatacaq oyunu üçün “Real” da iddialıdır. Təərflər bir müddətdir danışıqları davam etdirsə də, hələlik razılığa gələ bilməyiblər.

Kanadalı futbolçu ilə “Barselona” və “Real”dan başqa Premyer Liqa klubları da maraqlanır.

Devis 2019-cu ildən “Bavariya”da oynayır. Bu mövsüm o, Münhen klubunun heyətində bütün turnirlərdə səkkiz oyun keçirib, bir məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43