18 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın zədəli futbolçusu sıraya döndü

“Qarabağ” Misli Premyer Liqasının X turunda üz-üzə gələcəyi “Kəpəz” oyununa itkilərlə çıxacaq.

Bu barədə İdmanxeber.az saytına klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O bildirib ki, zədələri davam edən Amin Ramazanov, Şahruddin Məhəmmədəliyev, Mateus Silva, Marko Veşoviç sabahkı görüşdə çıxış edə bilməyəcək.

Milli komandada zədələnən Bəhlul Mustafazadə isə sağalıb. O, “Kəpəz”lə oyunun heyətində yer alacaq. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, futbolçu “sarı-göylər”ə qarşı forma geyinə biləcək.

“Kəpəz” – “Qarabağ” oyunu sabah saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43