İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın 2022/23 mövsümündə maliyyə pozuntularına yol verdiyinə görə “Barselona”nı 500 min avro cərimələyən qərarını qüvvədə saxlayıb.
İdmanxeber.az-ın məlumatına görə, məhkəmə Kataloniya klubunun maliyyə feyr-pley qaydalarının iki bəndini pozduğu üçün qərarı qüvvədə saxlayıb. “Barselona” səhv hesabata görə pul sanksiyalarına məruz qalıb.
UEFA-nın Maliyyə Nəzarəti Palatası bildirib ki, klub 2022-ci il hesabatında əldə etdiyi mənfəəti səhv bəyan edib və bu, qaydalara uyğun gəlir hesab edilmir.