UEFA Türkiyənin “Başakşehir” klubunu cəzalandırıb.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Konfrans Liqasının Liqa mərhələsinin 2-ci turunun “Rapid”lə ev oyununda yaşananlar olub. Türkiyəli azarkeşlər meydanda yad əşyalar atdıqları üçün UEFA klubu 8 min avro cərimələyib.
Bununla yanaşı, Konfrans Liqasındakı növbəti ev oyununda tribunanın bir hissəsinin bağlanılmasına qərar verilib.