18 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan çempionatında acınacaqlı durum – Bu klub oyuna çıxmaqdan imtina etdi

Azərbaycan II Liqasınnövbəti turunda bu gün keçirilməli olan “Şəfa” – “Lerik” görüşü baş tutmayıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb qonaq komandanın maliyyə problemi yaşamasıdır. Cənub bölgəsi təmsilçisi “Şəfa” ilə oyun üçün paytaxta gələ bilməyib.

Bir müddət öncə klub maliyyə problemi yaşadığını sosial şəbəkə hesabından da bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43