18 Oktyabr 2024
Dünya futbolu

“Barselona” klubu fırıldaqçının qurbanı oldu

Özünü menecer kimi tanıdan fırıldaqçı “Barselona” klubunu aldadıb.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu özünü hücumçu Robert Levandovski agenti kimi göstərən fırıldaqçıya 1 milyon avro pul ödəyib.

Qeyd olunur ki, əməliyyatı həyata keçirən bank həmin hesabı bloklayıb və vəsaiti geri qaytarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43