18 Oktyabr 2024
Dünya futbolu

Futbol tarixinin ən titullu oyunçusu seçildi

Argentina millisinin və Mayami “İnter”inin hücumçusu Lionel Messiyə növbəti mükafat təqdim edilib.

İdmanxeber.az-ın məlumatına görə, oktyabrın 17-də İspaniyanın “Marca” qəzeti 37 yaşlı argentinalıya futbol tarixinin ən titullu oyunçusu kimi xüsusi mükafat təqdim edib. Bunun ardından Messi sosial şəbə hesabında bunları yazıb:

“Hər zaman demişəm ki, həm millidə, həm də oynadığım klublarda dəstək olmadan, komanda yoldaşlarım olmadan heç bir titul qazana bilməyəcəm”.

Messi ötən yaydan “İnter”də çıxış edir. Hücumçu bundan əvvəl PSJ və “Barselona”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43