18 Oktyabr 2024
Ölkə futbolu

“Sabah” – “Neftçi” matçının biletləri satışdadır

“Sabah”ın Misli Premyer Liqasının ikinci dövrəsində ilk ev oyunu “Neftçi”yə qarşı olacaq.

İdmanxeber.az xəbər verir ki, 11-ci tur çərçivəsində baş tutacaq görüş oktyabrın 27-də, saat 17:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Qarşılaşmanın biletləri artıq satışdadır.

Biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43