Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, Günün ilk matçı Şamaxıda baş tutacaq. Rayonun eyniadlı komandası doğma meydanda “Araz Naxçıvan”ı qəbul edəcək.
Günün ikinci oyununda “Neftçi” öz meydanında “Səbail”i qəbul edəcək. Bu, Samir Abasovun “Neftçi”nin baş məşqçi postuna qayıdışından sonra ilk matçı olacaq.
Misli Premyer Liqası
10-cu tur
19 oktyabr (şənbə)
18:00. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Neftçi Arena”
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
Şamaxı şəhər stadionu