19 Oktyabr 2024
Ölkə futbolu

Renat oynadı, “Ankaragücü” qalib gəldi

Türkiyə 1-ci Liqasında 7-ci turun görüşləri keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” səfərdə “Yeni Malatyaspor”u məğlub edib- 3:0

Renat da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 82-ci dəqiqədə meydana daxil olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43