20 Oktyabr 2024
Ölkə futbolu

“Zirə” heç-heçə etdi, “Turan Tovuz”dan qələbə – YENİLƏNİB

Misli Premyer Liqasının 10-cu turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk görüşündə “Zirə” “Sabah”ı qəbul edib. Matç heç-heçə sona çatıb – 1:1.

Günün ikinci qaşrılaşmasında isə “Sumqayıt”– “Turan Tovuz” oyunu keçirilib.  Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç Tovuz klubunun qələbəsiylə başa çatıb – 4:2.

Misli Premyer Liqası

10-cu tur

20 oktyabr (bazar)

20:00. “Sumqayıt”– “Turan Tovuz” 2:4

Qol: Alexandro Serrano, 16 (0:1), Otto Con, 25 (0:2), Veysəl Rzayev, 26 (0:3), Nikola Vuynoviç, 32 (1:3), Aleks Souza, 78 (1:4), Kamran Quliyev, 87 (2:4)
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev

VAR: Cavid Cəlilov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:30. “Zirə” –“Sabah” 1:1

Qol: Cesse Sekidika, 7 (0:1), Georgi Papunaşvili, 90+2 (1:1)
Hakimlər: 
Rəşad Əhmədov, Vüsal Məmmədov,  Zöhrab Abbasov, Əli Əliyev

VAR: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43