Millimizin futbolçusu Coşqun Diniyevin də formasını geyindiyi “Bandırmaspor” Türkiyə 1-ci liqasında 9-cu tur oyununa çıxıb.
Komanda evdə “Fatih Karagümrük”lə qarşılaşıb. Matçda “Bandırmaspor” 1:0 hesablı qələbə qazanıb.
Coşqun da bu oyunda iştirak edib. 29 yaşlı yarımmüdafiəçi meydana start heyətdə çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Bandırmaspor” hazırda turnir cədvəlində 15 xalla 4-cüdür.