21 Oktyabr 2024
Ölkə futbolu

Elvin Cəfərquliyev: “A Seriyası klubundan təklif gələrsə, oturub danışa bilərik”

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev gələcək karyerası barədə danışıb.

O, İdmanxeber.az saytına müsahibəsində karyerasını Avropada davam etdirmək istədiyini və bu yaxınlarda İtaliya A Seriyası klubundan təklif alıb-almadığı barədə bunları deyib:

“Gələcəkdə ölkə xaricində oynamaq fikrim var. Ancaq indi hansısa təkliflə bağlı danışa bilmirəm. Çünki bu işə menecerim baxır. Bu barədə onunla heç bir görüşümüz olmayıb. Gələcəkdə hər şey ola bilər. İndi bütün fikrim “Qarabağ”dadı. Nə vaxtsa hər iki tərəfi qane edəcək təklif olsa, dəyərləndirmək olar. A Seriyası klubundan təklif gələrsə, oturub danışa bilərik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43