“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya II Bundesliqasının 9-cu turunda “Qroyter” üzərində qazanılan qələbəni (4:0) şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı çalışdırıı millimizin üzvü Mahir Emrelinin qolunu da münasibət bildirib:
“Uzun müddətdir ki, Tsimas və Emrelinin meydanda bir-birini anlamağa başlamasını gözləyirdik. Mahir zədə səbəbindən uzun müddət əziyyət çəkdi, amma ona vaxt verdik. Futbolçular mənimlə məşq etdikləri üçün belə bayram edirlər”.