22 Oktyabr 2024
Dünya futbolu

Mançini getdi, Zidan gəlir

Səudiyyə Ərəbistanı Futbol Federasiyası milli komandanın baş məşqçisi Roberto Mançini ilə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik italiyalı mütəxəssisin əvəzinə Zinəddin Zidanı düşünür. Fransalı çalışdırıcının israrla komandanın başına keçməsi istənilir.

Yerli mətbuat yazır ki, tərəflər qısa vaxtda danışıqlara başlayacaq. Zidana ciddi məbləğdə maaş təklif ediləcəyi də bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43