22 Oktyabr 2024
Ölkə futbolu

AFFA bölgə təmsilçisinin futbolçusuna 4 oyun cəza verdi, klubu cərimələdi

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib

17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Şahdağ Qusar” – “Sheki City” oyununda “Sheki City” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Şəfa” – “Lerik” oyunu “Lerik” komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığına görə “Lerik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Lerik” komandası 300 manat cərimə edilir (maddə 61.4); 

17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Qusar” – “Şəmkir” oyununda “Qusar” komandası oyun günü planının tələblərini pozduğuna görə 100 manat cərimə edilir (maddə 77.1);

17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Kür-Araz” – “Şimal” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

18 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Dinamo” – “Saatlı-Araz” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70  manat cərimə edilir (maddə 37) 

19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Ağdaş” komandası 50 manat cərimə edilir (maddə 70.1);

19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” komandası 70 manat cərimə edilir (maddə 37);

19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandasının 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Ağdaş” komandası 300 manat cərimə edilir (maddə 43.3).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43