22 Oktyabr 2024
Dünya futbolu

Cəlal oynadı, “Arda” qalib gəldi

Millimizin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda  SSKA ilə qarşılaşıb və görüşdən qələbə ilə ayrılıb – 1:0. Cəlal oyunun 70-ci dəqiqəsində meydana daxil olub. 

Qeyd edək ki, “Arda” 12 turdan sonra 18 xalla 6-cı sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43