22 Oktyabr 2024
Dünya futbolu

Derbi öncəsi “Beşiktaş”da ciddi itki

“Beşiktaş”ın qapıçısı Mert Günok sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, millinin üzvü son turda “Konyaspor”a qarşı keçirilən matçda sol çiynindən zədələnib. O, həftəsonu “Qalatasaray” derbisində çıxış edə bilməyəcək.

Günok bu mövsüm “Beşiktaş”ın heyətində 12 görüşdə meydana çıxıb və 13 qol buraxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43