“Roma”da növbəti dəfə baş məşqçi ayrılığı yaşana bilər.
İdmanxeber.az-ın məlumatına görə, “canavarlar”ın rəhbərliyi 1 aydı bu posta təyin etdiyi İvan Yuriçin nəticələrindən narazıdı. Komanda onun rəhbərliyi altında 6 matçın yalnız ikisində qalib gəlib. Məhz bu məqam 10 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan komanda rəhbəliyini qane etmir.
Yuriç bu postda Danielle de Rossini əvəz etmişdi.