22 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan klubunun ulduz futbolçu ilə bağlı SON QƏRARI

Belçika millisinin sabiq ulduzu Raja Naynqqolanın “Karvan”a keçidi baş tutmayıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “İnter”, “Roma” kimi klublarda çıxış etmiş 36 yaşlı yarımmüdafiəçi ilə maliyyə şərtlərində ortaq məxrəcə gəlinməyib. Menecerlər vasitəsi ilə Yevlax klubuna təklif olunan ulduz futbolçu özünə yeni klub axtarır.

Son olaraq İndoneziyada “Bhayanqkara”nın şərəfini qoruyan Naynqqolan bu ilin iyul ayından azad agentdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43