“Ankaragücü”ndə oynayan millimizin futbolçusu Renat Dadaşovun əməliyyat olunduğu xəbərini vermişdik.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu özü də bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O, “əməliyyatım uğurlu keçdi. İndi ən qısa vaxta sağalmaq və qayıtmaq lazımdır” – deyə, bildirib.
Dadaşovun 4-6 həftə sonra komanda ilə məşqlərə başlayacağı bildirilir.