22 Oktyabr 2024
Dünya futbolu

“Beşiktaş”ın hücumçusu “Everton”un hədəfində

“Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy “Everton”un maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, Liverpul təmsilçisi futbolçunu qışda heyətinə qatmaq niyyətindədir. 19 yaşlı forvard üçün İstanbul təmsilçisinə 17 milyon funt-sterlinqlik təklif göndəriləcək.

Semih Kılıçsoy bu mövsüm “Beşiktaş”ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43