“Barselona” Pedri ilə əməkdaşlığı uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə uzadılacaq. Futbolçunun hazırkı sözləşməsi 2026-cı ilin iyunun sonunda başa çatacaq. Onun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.
Yeni müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.
Pedri İspaniya çempionatının cari mövsümündə 3 qol vurub, 1 məhsuldar ötürmə verib.