“Ayaks”ın futbolçusu Kian Fits-Cim “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, klubunun rəsmi saytına açıqlama verən 21 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin bəzi matçlarını izlədiklərini bildirib:
“Rəqib son 10 ildə öz ölkəsinin çempionu olub. Heyətində texnikalı yarımmüdafiəçilər var. Çətin oyun olacaq, amma biz hazırıq”.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.