23 Oktyabr 2024
Dünya futbolu

“El Klasiko” öncəsi “Real”da ciddi itki

“Real”ın hücumçusu Rodriqo zədə səbəbindən “Barselona” ilə derbini buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu Çempionlar Liqasının dünənki Dortmund “Borussiya”sı ilə matçda (5:2) sağ ayağının bud nahiyəsindən zədələnib. 

Bu gün keçirilən testlər Rodriqonun “El Klassiko”da oynamayacağı təsdiqlənib.

“Real” – “Barselona” matçı oktyabrın 26-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43