“Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Niderlandın “Ayaks” klubuna qarşı keçirəcəkləri oyundan danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi kollektivdə ab-havanın yüksək olduğunu bildirib:
“Matç bizim üçün çətin keçəcək. “Ayaks” kimi böyük klub Bakıya səfər edib. Bu, müsbət məqamdır. Daha əvvəl güclü rəqiblərə qarşı layiqli mübarizə aparmışıq. Futbolda gözlənilməz nəticələrlə rastlaşırıq. Sabah da bunu reallaşdırmaq istəyirik”.
Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.