24 Oktyabr 2024
Dünya futbolu

“Qarabağ” – “Ayaks” oyunu hansı kanallarda? – SİYAHI

Bu gün Avropa Liqaının Liqa mərhələsinin 3-cü turu çəçivəsində “Qarabağ” “Ayaks”la qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq görüşü ölkəmizdə CBC Sport kanalı canlı yayımlayacaq.

Türkiyədə Tabii, Portuqaliyada DAZN, Rusiyada Okko Sport, Monteneqroda Arena Sport 2, Niderlandda Ziggo Sport, Qazaxıstanda Qazsport, Fransada Canal+, İsraildə Sport 1 kimi kanallarda bu oyunu birbaşa nümayiş etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43