24 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Ayaks” önünə itkilərlə çıxır

“Qarabağ” UEFA Avropa Liqası liqa mərhələsinin III turunda qarşılaşacağı “Ayaks” görüşünə itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə baş məşqçi Qurban Qurbanov dünən oyunöncəsi keçirilən mətbuat konfrasında açıqlama verib. O bildirib ki, Marko Veşoviç və Mateus Silva görüşdə iştirak etməyəcəklər.

Təcrübəli mütəxəssis futbolçuların mülaicəsinin davam etdiyini vurğulanıb.

“Qarabağ” – “Ayaks” matçı bu gün saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43