24 Oktyabr 2024
Dünya futbolu

Markus Reşford komandadan ayrılır?

“Mançester Yunayted”in hücumçusu Markus Reşford komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Bayern”, PSJ və “Marsel” oyunçunun xidmətində maraqlıdır. 

Reşfordun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilə qədərdir. İngiltərə klubu onu 100 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43