24 Oktyabr 2024
Dünya futbolu

“Fənərbağça” və “Beşiktaş”ın avrokubok oyunları canlı yayımlanacaq

UEFA Avropa Liqası Liqa mərhələsinin III turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” doğma meydanda “Mançester Yunayted”lə, “Beşiktaş” isə səfərdə “Lion”la qarşılaşacaq. Oyunlar saat 23:00-da başlayacaq.

Hər iki görüş də Azərbaycandan canlı yayımlanır. “Fənər”in matçı “CBC Sport”-dan, “Beşiktaş”ın görüşü isə İTV-dən birbaşa təqdim ediləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43