“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda “Ayaks”a 0:3 uduzması Azərbaycanın UEFA reytinqində mövqeyini dəyişməyib.
İdmanxeber.az-ın məlumatına görə, yığmamızı hazırda 19,125 xalla 28-ci pillədə yer alıb. Reytinq cədvəlində Azərbaycanla eyni əmsala malik Bolqarıstan 27-ci yerdədir.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (94.303) başçılıq edir.