25 Oktyabr 2024
Ölkə futbolu

Türkiyəli FİFA referisi “Qarabağ”ın oyunundan danışdı: “Penalti qərarı yanlışdır”

“Qarabağ” UEFA Avropa Liqası Liqa mərhələsinin III turunda “Ayaks”a məğlub olub (0:3). Ağdam təmsilçisi görüşü 9 nəfərlə tamamlayıb. Julio Romao və Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.

Oyunun ardından matçın şotlandiyalı hakimi Nikolas Uolşun qərarları böyük müzakirələrə səbəb olub. Matçın 15-ci dəqiqəsində Romaoya birbaşa “qırmızı” göstərən referi görüşün 74-cü dəqiqəsində də “Qarabağ”ın qapısına penlati təyin edib. 

Baş hakimin xüsusən də penalti qərarı birmənalı qarşılanmayıb. Azarkeşlər və futbol ictimaiyyəti ədalət təmsilçisinin idarəçiliyindən ciddi narazılıq ediblər. Hətta matçın ardından baş məşqçi Qurban Qurbanov da hakimlikdən narazılığını gizlətməyib.

Nikolas Uolşun performansı ilə bağlı türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik. Sabiq referi videogörüntü ilə matçdakı mübahisəli epizodları xüsusi olaraq İdmanxeber.az saytına şərh edib:

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43