UEFA Avropa Liqası Liqa mərhələsinin III turu çərçivəsində keçirilən “Qarabağ” – “Ayaks” oyunu (0:3) sonrası futbolçuların performansına qiymət verilib.
İdmanxeber.az-ın məlumatına görə, futbol mütəxəssisləri komandamızda ən yüksək qiyməti qapıçı Mateus Koxalskiyə verib. Polşalı qolkiper çıxışı ilə 6.9 bal alıb.
Müdafiəçilərimiz Elvin Cəfərquliyev 5, Abbas Hüseynov 5,7, Kevin Medina 6,2, Bədavi Hüseynova isə 6,8 qiymət verilib.
“Qarabağ”ın ən aşağı qiymət alan oyunçusu Julio Romao olub – 3,8.