Almaniya II Bundesliqasında 10-cu turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” doğma meydanda “Reqensburq”u qəbul edib. Görüş ev sahibinin fərqli qələbəsiylə başa çatıb – 8:3.
Emreli də matçın iştirakçısı olub. O, oyunun 23-cü dəqiqəsində komandasının ikinci qolunu vurub. Futbolçu 69-cu dəqiqədə əvəzlənib.