“Qalatasaray”ın baş məşqçisi Okan Buruk əməliyyat olunub.
İdmanxeber.az-ın məlumatına görə, günorta saatlarında kəskin ağrıları olan mütəxəssis dərhal xəstəxanaya aparılıb. Ona kor bağırsağındakı problemə görə cərrahi müdaxilə edilib.
Klub 51 yaşlı mütəxəssisin durumunun yaxşı olduğunu açıqlayıb. Burukun sabah xəstəxanadan evə buraxılması gözlənilir.