26 Oktyabr 2024
Ölkə futbolu

Santuş və Hacıyev Gəncəyə niyə gedib?

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və millinin baş məşqçisi Fernandu Santuş Tovuzda “Turan Tovuz” – “Kəpəz” matçını izlədikdən sonra Gəncəyə yola düşüb.

İdmanxeber.az-a verilən məlumata görə, Hacıyev və Santuş Gəncə şəhərində tikintisi davam edən stadionda olublar. AFFA rəsmisi arenada gedən işlərlə maraqlanıb.

Daha sonra “Kəpəz” klubunun rəhbəri İlqar Nadiri qonaqları akademiya ilə tanış edib. Nadiri həmçinin klubun fəaliyyəti ilə bağlı Hacıyevə və Santuşa məlumat verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43