Bir müddət öncə mediada AFFA-nın “Kəpəz” 700 min manat məbləğində maliyyə yardımı etməsi ilə bağlı xəbərlər var idi.
İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Premyer Liqanın 11-ci turunun “Turan Tovuz” – “Kəpəz” matçından (2:1) sonra məsələ ilə bağlı açıqlama verib. Qurum rəsmisi bu iddianı təkzib edib:
“Mən 700 min manat oxumuşdum. Tam rəsmi şəkildə deyə bilərik ki, bu məsələ həqiqəti əks etdirmir. Əgər hansısa kluba belə şey etsək, artıq digərlərinə qarşı haqsız yanaşmış olacağıq. Birmənalı şəkildə deyə bilərəm ki, belə bir hal olmayıb”.