26 Oktyabr 2024
Ölkə futbolu

“Futbolçu yetişdirməklə bağlı layihələrimiz mövcuddur” – Sərxan Hacıyev

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “Turan Tovuz” – “Kəpəz” matçından sonra müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəsmisi rəhərliyin futbolçu yetişdirmək bağlı planlarının olduğunu və bu yeni yazılacaq strategiyada öz əksini tapacağını bildirib:

“Futbolçu yetişdirməklə bağlı layihələrimiz mövcuddur. Akademiya yönlü planlarımız da var. Ancaq bu dəqiqə onları açıqlaya bilmirik. Çünki sözügedən məsələlər bundan öncə də dediyimiz kimi yeni yazılan strategiyanın tərkibinə daxildi. Qeyd edilən 2025-2028-ci illərdə hazır olacaq strategiyada bu məsələlər öz əksini tapır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43