26 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın oyununa biletlər satışda

Premyer Liqanın XI turu çərçisində keçiriləcək “Qarabağ” – “Şamaxı” oyununun biletləri bu gün saat 13:00-dan etibarən satışdadır.

İdmanxeber.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığında dəyişir. 

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Şamaxı” qarşılaşması sabah saat 19:00-da “Azersun Arena”da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43