27 Oktyabr 2024
Ölkə futbolu

“Biz də azarkeşlərimiz qarşısında oynamağı, qələbələrimizi onlarla bölüşmək istərdik”

Misli Premyer Liqasının XI turunda keçirilən “Araz-Naxçıvan” – “Zirə” oyunundan sonra baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatlna görə, təcrübəli mütəxəssis görüşü belə şərh edib:

“Maraqlı, yaxşı, mübarizəli oyun izlədik. Hər iki komanda meydanda yaxşı işlər görməyə çalışdı. Həyata keçirmək istədiyimiz planlarımız var idi. Komandam yaxşı oynadı. 1 xal qazandıq və yolumuza davam edirik.
Məni sevindirən məqam komandamın oyundan qopmamağı, sona qədər mübarizə aparmağı oldu. Bu gün uda da, uduza da bilərdik.
Biz də azarkeşlərimiz qarşısında oynamağı, qələbələrimizi onlarla bölüşmək istərdik. Rəhbərlikdən bunu artıq dərəcədə xahiş edirik. Bu klubun təkbaşına öhdəsindən gələ biləcəyi məsələ deyil. Komanda olaraq biz təmsil etdiyimiz bölgəyə getməyə, orada qalmağa, oyun keçirməyə hazırıq. Möhkəm, mehriban kollektivimiz var. Onlar da bunu istəyir. Futbolçu uğur qazanacağı yerdə hər zaman xoşbəxt olur. Onlar da istəyir ki, üzvü olduğu komanda uğur qazansın”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43