28 Oktyabr 2024
Ölkə futbolu Premyer Liqa

“Bu suallara komandanın içində aydınlıq gətirəcəyik” – Samir Abasov

“Meydana qələbə üçün çıxmışdıq. Artıq geriyə yolumuz da yoxdur. Hər oyuna da bu cür çıxacağıq. Bunun üçün hər şeyi etdikmi? Bu suallara komandanın içində aydınlıq gətirəcəyik. Nə lazımdırsa, onu da edəcəyik, bunun üzərində dayanayacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 11-ci turunun “Sabah”la oyunundan sonra mətbuat konfransında deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Əlimizdə 20-21 futbolçumuz var. Onlar arasında zədəlilər də yox deyil. Futbolçuları bu cür komandada tonusda saxlamaq lazımdır. Mən gələnə qədər Lebon oynayırdı. Kim nəyə qadirdir, kim hansı komandaya qarşı nə edə bilər, bunlar mənim üçün də informasiya olmalıdır. Bütün futbolçuları yoxlamalı, oynatmalıyam. Bütün futbolçulardan razıyam, rotasiyalar olacaq. Hansısa futbolçu buradan gedəndə, mənə də sualları olacaq, insandır. Sual verə bilər ki, məni harada oynatdınız, hansı oyunda gördünüz… Bunlara da cavab tapmaq üçün onların hamısını yoxlamalıyıq. Hamısı eyni səviyyədə olan futbolçulardır. Bu cür komandalarda futbolçuları tonusda saxlamalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43