“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bayer”in futbolçusu Florian Virtsi istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubu 21 yaşlı oyunçunu mövsümün sonunda müqaviləsi başa çatan Kevin De Bruynenin davamçısı kimi düşünür.
“Mançester Siti” rəhbərliyi Almaniya millisinin üzvü üçün onun klubu ilə danışıqlara başlayacaq.
Florian Virts bu mövsüm “Bayer”in heyətində 25 rəsmi matçda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.