Misli Premyer Liqasında 21-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. Günün ilk oyununda “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edəcək.
Ötən tur “Qarabağ”ı məğlub edən Tovuz klubu hazırda turnir cədvəlində 35 xalla 4-cüdür. “Səbail” isə 15 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.
Misli Premyer Liqası
21-ci tur
1 fevral
16:00. “Turan Tovuz” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu.