01 Fevral 2025
Ölkə futbolu

“Adi səhvdən qol buraxmağımız bizi məyus edir” – Kurban Berdiyev

“İki xal itirmək məyusedici faktdır. Amma nəzərə alaq ki, 10 nəfərdə oynadıq. Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 21-ci turunun “Səbail”lə matçından sonra mətbuat konfransında bildirib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Karyeranızda belə hal olub ki, bu qədər müdafiəçiniz sıradan çıxsın?

– Xeyr, birinci dəfədir.

– Autsayderlər “Kəpəz” və “Səbail”lə oyunlarda xal itkilərinin səbəbi nədir?

– İkisi də fərqli oyundur. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Paralellər aparmağı doğru hesab etmirəm.

– Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?

– Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı.

– Emmanuel Hakmanın durumu necədir? Digər zədəli futbolçular nə vaxt sıraya dönəcək?

– Onun belində zədə var. Nə vaxt qayıdacağını bilmirik. Digər futbolçularımızın növbəti matça kimi qayıdacaqlarına ümid edirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43